Bakının Nəsini rayonunda silsilə oğurluqlar törədən şəxslər həbs edilib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, cibgirlikdə şübhəli bilinən İltifat Ağabalayevin, Mahir Bədəlovdun, Məhəmməd Bağırovun və Bisuddin Süleymanov həbs ediliblər. Onların hər birindən 10 qramdan artıq tiryək aşkar edilərək götürülüb. Şübhəli şəxslərin hər birinin əvvəllər məhkum olunduğu bildirilir.
İstintaq zamanı məlum olub ki, bu şəxslər sentyabrın 17-də 28 May küçəsində yerləşən, Aygün Hacılıya məxsus ofisdən noutbuk oğurlayıblar. Sentyabrın 27-də həmin küçədəki mebel mağazasında masanın üzərindən İlqar Niftəliyevin mobil telefonunu, pencəyinin cibindən isə içərisində şəxsiyyət vəsiqəsi, sosial və bankomat kartları olan pul kisəsini götürüblər. Eləcə də, qrup üzvləri sentyabrın 29-da Puşkin küçəsində yerləşən mağazada Gülxara Niftiyevanın və Azadlıq prospektində yerləşən ticarət mərkəzində Ruhiyyə Aydınovanın əl çantalarından mobil telefonlar oğurlayıblar.
Hacı Zeynalov