Bakının Qaradağ rayonunda oğurluq hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə,sentyabrın 25-nə keçən gecə Qızıldaş qəsəbəsində yerləşən ofisində, Mustafa Cabbarovun iş otağındakı seyfdən 7600 manat oğurlanıb.
Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Cəlilabad rayon sakini Zahir Quliyev yaxalanıb.
Hacı Zeynalov