1 Oktyabr 2014 11:01
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda soyğunçuluq hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə sentyabrın 30-da, saat 21:30 radələrində Qaraçuxur qəsəbəsi, Şadlinski küçəsində qeydə alınıb. Bakı şəhər sakini Hamil Abuşov qəsəbə sakini Surayə Məmmədovanın əl çantasını əlindən almaq istəyərkən Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsi əməkdaşları tərəfindən yaxalanıb.

Hacı Zeynalov


Müəllif: