Türkiyənin Uşak bölgəsində dəhşətli cinayət baş verib.
Teleqraf.com xəbər verir ki, 24 yaşlı Əli K. 43 yaşlı atası Əhməd K. ilə mübahisə edib. Əsəbiləşən gənc balta ilə atasını öldürüb. Daha sonra o, cəsədi meşədə basdırıb və atasının itkin düşdüyü barədə polisə məlumat verib.
Lakin 4 gündən sonra vicdan əzabına dözməyən Əli polisə gedərək, törətdiyi cinayəti etiraf edib. Onun göstərdiyi yerdə atası Əhməd K.-nın cəsədi tapılıb. Cəsəd oradan çıxarılaraq, qəbiristanlıqda dəfn edilib.
Əli K. həbs edilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.