Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun "20 Yanvar" adlı ərazisində qeydə alınıb.
Rayon sakini Cəmaləddin Fəxrəddin oğlu Abbasov boğazından bıçaq xəsarəti ilə mərkəzi xəstəxanaya yerləşdirilib. Onun kim tərəfindən bıçaqlanması hələlik müəyyənləşməyib.
Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.