Bakının Binəqədi rayonunda oğurluq hadisələrini törədən şəxsin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 3 həyətin hər birindən velosiped oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini E.Məmmədov saxlanılıb.
Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 23-də rayon ərazisindəki evlərin birindən 3000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinənlər - Bakı şəhər sakinləri F.Abbasov, Z.Əhmədov və T.Qarayev tutulub.
Daha bir əməliyyat Nərimanov rayonunda keçirilib.
Rayon Polis İdarəsinin 18-ci polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 24-də A.Fərziyevin “Hyundai” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Zərdab rayon sakini A.Məmmədov aprelin 24-də rayon ərazisində avtomobillə birgə saxlanılıb.
Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.
Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 20-də rayon ərazisində “VAZ-2107” markalı avtomobildən 1000 manat pul və 600 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Bədəlov saxlanılıb.
Daha bir əməliyyat Nizami rayonunda da keçirilib.
Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 22-də rayon ərazisində “Ford” markalı avtomobildən içərisində 300 manat pul və sənəd olan pulqabı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Səfərov saxlanılıb.