28 Aprel 2020 09:46
447
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 27.04.2020-ci il saat 00:00-dan 28.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 967 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Teleqraf.com-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 42 371 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər