Goranboy rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb. Rayon sakini Bəxtiyar Eyvazov idarə etdiyi “Renault” markalı avtomobili yolun kənarındakı ağaca vurub. B.Eyvazovun sərnişini - Bakı şəhər sakini Roman Məmmədov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov