1 Oktyabr 2014 14:58
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində avtomobillərdən oğurluq edən şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Vasif Mürsəlova, Valeh Nuriyevə və Elsevər Babayevə məxsus avtomobillərdən maqnitofon, səsgücləndirici və pul oğurlanıb. Zərərçəkmişlər hadisə ilə bağlı 3-cü polis bölməsinə şikayət ediblər. Şikayətçilər avtomobillərinin gecə saatlarında evlərinin qarşısında qarət olunduğunu deyiblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Zakir Nurəliyev tutulub. Zakir Nurəliyev əvvəllər məhkum olunub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: