Bakının Binəqədi rayonunda azyaşlıya təcavüz etməkdə təqsirli bilinən Ceyhun Cümşüdov və onun oğlu Yasım Cümşüdzadənin barəsində həbs qətimkan tədbiri seçilib.
Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Fərid Əmirəliyevin sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin edilib.
Ceyhun Cümşüdov və Yasim Cümşüdzadənin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İttihama görə, ata və oğul Binəqədi rayonunda azyşalı qıza təcavüz ediblər.
İstintaq orqanı tərəfindən Ceyhun Cümşüdovun barəsində Cinayət Məcəlləsinin 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlama), Yasim Cümşüdzadınin barəsində isə Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddələri ilə ittiham elan edilib.
İstintaq davam edir.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 149.3.3-cü maddəsi ilə mühakimə olunan şəxsi 10 ildən 15 ilədək, 150.3.3-cü maddə ilə mühakimə olunan şəxsi isə 8 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.