Bakının Binəqədi rayonunda əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsi cinayət axtarış şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Biləcəri qəsəbə sakini, 1974-cü il təvəllüdlü Q.Ağababayev həbs edilib.
Ondan 10 kiloqram 220 qram heroin aşkar edilərək götürülüb.
Q.Ağababayevin əvvəllər məhkum olunduğu üzə çıxıb.
Faktla bağlı cinayət işi başlanıb.