4 May 2020 09:40
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmənin Plenumu ölkədə koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında qərar verib.

Bu barədə Teleqraf.com-a Ali Məhkəmədən məlumat verilib.

Qərara əsasən, bu gündən etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasının inzibati ərazisində fəaliyyət göstərən məhkəmələr üzrə işlərin qəbulu və baxılması tam şəkildə bərpa olunur:

“Məhkəmə fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilir.

Məhkəmə prosesləri zamanı iclas zallarında, habelə inzibati binaların daxilində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan edildiyi nəzərə alınır.

Vətəndaşların məhkəmə binalarında olduqları müddət ərzində qoruyucu masklardan istifadə etmələri, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələri təmin olunur.

Məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işləri aparılsın və qoruyucu-gigiyenik vasitələrlə təchiz edilir.

Vətəndaşların qəbulu zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara əməl etməklə bərpa olunur”.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər