1 Oktyabr 2014 18:10
1 716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda yaşayış evinə basqın olub.

Bu barədə Teleqraf.com-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Türkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Rəşid Quliyevin evinə naməlum şəxslər basqın edib. Başlarında maska olan şxəslər ev sahibinə hədə-qorxu gələrək 1500 manat pulunu aparıblar. Evə basqın edənlərin 5 nəfər olduğu və onların başlarında maska olduqları bildirilir.

Hazırda cinayəti törədən şəxslərin müəyyən edilərək tutulması üçün əməliyyat-axtarış tədbirləri keçirilir.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: