7 May 2020 11:42
1 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayon polis şöbəsinin əməliyyat-axtarış tədbirləri nəticəsində 2 kiloqramdan artıq nakotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı şəhər sakini, əvvəllər məhkum olunmuş Şəmşir Məmmədov saxlanılıb.

Axtarış zamanı onun üzərində 27 qram narkotik vasitə tiryək aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq Şəmşir Məmmədovun yaşadığı evə baxış keçirilərkən oradan 2 kiloqram 170 qram tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər