Mədəniyyət Nazirinin sabiq müavini Rafiq Bayramov, nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanını təqdimatına baxılıb.
Teleqrafcom xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə baş tutan iclasda qərar elan edilib.
Rafiq Bayramov və Zakir Sultanovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Onlar Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Mədəniyyət Nazirliyində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıblar.
Hər iki şəxs Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə) maddələri ilə ittiham olunur.
Prezident İlham Əliyevin mayın 9-da imzaladığı sərəncamla Rafiq Bayramov və Zakir Sultanov vəzifələrindən azad edilib.