Diyarbəkirdə ailə münaqişəsi zəminində qayınana Meyaser O., gəlini Nərgiz S.-ni bədəninin müxtəlif yerlərdən bıçaqlayaraq yaralayıb.
Teleqraf.com xəbər verir ki, gəlinin qışqırıqlarını eşidən qonşuların xəbərdarlığından sonra hadisə yerinə təcili tibbi yardım və polis qüvvələri gəlib. Nərgiz S. Səlahəddin Əyyubi xəstəxanasına aparılıb, Meyaser O. isə saxlanılıb.
Faktla bağlı aparşdırma aparılır.