13 May 2020 11:33
992
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda iki ay əvvəl silahlı insident törədən şəxs həbs edilib.

Daxili İşlər Nzirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Masallı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il fevralın 22-də paytaxtın Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Abıyevə hər iki bud və qol nahiyələrinə tapançadan atəş açmaqla xəsarət yetirməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Pərviz Mayılov və hadisədə iştirak etmiş digər şəxlər - Hacıtəpə kənd sakinləri T.Salmanov və əvvəllər məhkum olunmuş S.Hüseynov saxlanılib.

Onlar Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarına təhvil veriliblər.

Qeyd edək ki, hadisə "Dəyirman" kimi tanınan ərazidə qeydə alınıb.

Abıyev Əli Elxan oğlu Pərviz adlı şəxslə mübahisə zamanı tapança ilə güllələnib. Hadisəni törədən Pərviz Ə.Abıyevə məxsus "Niva" markalı avtomobillə ərazidən qaçıb. Yaralı 1 saylı Xəstəxanaya yerləşdirilib.

Xəsarət alan Əli Abıyev cərrahi əməliyyat olunub. Onun müayinəsi zaman 3 güllə yarası aşkar edilsə də, güllələr Ə.Abıyevin bədənində olmayıb.

Azadlığın məhdudlaşdırılması cəzası ilə məhkum olunan Ə.Abıyevin başqa bir məhkum tərəfindən güllələndiyi ehtimal edilir. Ona "Makarov" tipli tapançadan atəş açılıb.

Qeyd edək, xəsarət alan Ə.Abıyev azadlığın məhdudlaşdırılması cəzası ilə məhkum olunan şəxsdir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər