14 May 2020 09:39
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun A.M.Cümə küçəsində naməlum şəxs 2008-ci il təvəllüdlü V.Mikayılovun əlindən mobil telefonunu alıb.

Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Naftalan rayon sakini, 2002-ci il təvəlüldlü B.Məmmədov saxlanılıb.

Onun aprelin 21-də, saat 22 radələrində Nərimanov rayonu Ə.Vahid küçəsindəki mağazanın kassasında Bakı şəhər sakini B.Əzizovun qoyduğu pulu oğurladığı müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər