Bakının Nəsimi rayonu ərazisində oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Anar İmanov Nəsimi rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, mayın 13-də axşam saatlarında evinə gələrkən naməlum şəxslərin onun mənzilinə daxil olmağa cəhd etdiyini görüb.
Həmin şəxslər onu görüb hadisə yerindən qaçıblar.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 2004-cü il təvəllüdlü İlkin Salayev, Qazax rayon sakini, 2005-ci il təvəllüdlü Xəyal Vəliyev və onun qardaşı 2002-ci il təvəllüdlü Oruc Vəliyev saxlanılıblar.
Məlum olub ki, İlkin Salayev əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 178-ci (dələduzluq) maddələri ilə, Xəyal Vəliyev isə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsilə məhkum olunublar.
Aparılan araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər mayın 12-də Nəsimi rayonu, Cavadxan küçəsində H.Almirzəyevin evindən pul, bank kartı və 450 manat dəyərində mobil telefon oğurlayıblar.
Faktla bağlı araşdırmalar davam edir.