2 Oktyabr 2014 16:25
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi paytaxtda baş verən silahlı cinayətlə bağlı açıqlama yayıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə oktyabrın 1-də Binəqədi rayonu A.Gəraybəyli küçəsində qeydə alınıb.

Ağdam rayon sakini Hicran Səfərov münaqişə zəminində ov tüfəngindən atəş açaraq həmyerliləri Rövşən Əliyev və onun oğlu Ayxanı yaralayıb. Cinayəti törədən şəxs daha sonra hadisə yerindən qaçıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Hadisə yerindən 2 ədəd giliz götürülüb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər