Bakının Nizami rayonunda quldurluq cinayəti baş verib.
Bu barədə Teleqraf.com-a Nizami rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Q.Qarayev prospektində qeydə alınıb. Beyləqan rayon sakini Cəfər Həsənov həmin ünvanda hücuma məruz qalıb. Həmin şəxs Cəfər Həsənova hədə-qorxu gələrək 46 manatını alıb.
Cəfər Həsənov quldurluq hadisəsi ilə üzləşməsi ilə bağlı 25-ci polis bölməsinə şikayət edib. O, şikayətində bildirib ki, ona qarşı quldurluq edənin Arif adlı şəxs olub. Onun şikayəti əsasında polis əməkdaşları tərəfindən əməliyyat keçirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Arif İsgəndərov həbs edilib. Arif İsgəndərovun bundan əvvəl soyğunçuluq cinayəti törətdiyi üçün məhkum olunduğu bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov