Bakının Qaradağ rayonunda ticarət mərkəzindən oğurluq edilib.
Bu barədə Teleqraf.com-a Qaradağ rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, oğurluq hadisəsi Lökbatan qəsəbəsindəki ticarət mərkəzində qeydə alınıb. Ticarət Mərkəzində Bakı şəhər sakini Asif Nəsibova məxsus geyim əşyaları oğurlanıb.
10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Cəlilabad rayon sakinləri Şaməddin Muradov və Mübariz Qasımov tutulublar. Hər iki şəxs əvvəllər məhkum olunublar.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov