Lənkəranda narkotiklərlə bağlı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Lənkəran şəhər-rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xanbulan kəndi ərazisində Bürcəli kənd sakini A.Babayev həbs edilib.
Ona məxsus torpaq sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 510 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə A.Babayevlə birgə narkotik vasitəni yetişdirməkdə iştirak etmiş kənd sakini F.Mirzəyev də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 7 qramdan artıq marixuana götürülüb.