2 Oktyabr 2014 23:20
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəsimi Rayon Polis İdarəsi 22-ci polis bölməsinin əməkdaşları oğurluq, cibgirlik və narkotik maddələrin qanunsuz əldə edilib saxlanılmasında təqsirli bilinən 4 nəfərdən ibarət qrupu zərərsizləşdirib.

ANS TV-nin məlumatına görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri, 28 yaşlı iltifat Ağabalayev, 32 yaşlı Bisuddin Süleymanov, 35 yaşlı Məhəmməd Bağırov və 43 yaşlı Mahur Bədəlov oğurluq malları satmaq istəyərkən yaxalanıb. Saxlanılarkən qrup üzvlərinin üstündən ümumi çəkisi 60 qrama yaxın narkotik maddə olan tiryək də aşkarlanaraq götürülüb. Əməliyyatçılar həmçinin saxlanılan şəxslərdən oğurluq yolu ilə əldə etdikləri mobil telefonlar və noutbukları da maddi sübut kimi götürüblər. İstintaqla müəyyən edilib ki, əvvəllər də dəfələrlə məhkum olunmuş qrup üzvləri son bir neçə ayda paytaxt ərazisindəki mağazalarda, kafelərdə, ictimai yerlərdə oğurluq və cibgirlik cinayətləri törədiblər.

"Kafeyə gedəndə telefon götürmüşdük. Sonra isə işlə əlaqədar olaraq ofisə girdik, gördük ki, heç kim yoxdur. Çıxanda noutbuku götürüb çıxıb getdik", saxlanılan şəxs Bisuddin Süleymanov deyib.

Qrup üzvləri oğurluq yolu ilə əldə etdikləri malları elə həmin gün dəyər-dəyməzinə sataraq narkotik maddə əldə alıblar.

Saxlanılan şəxs Məhəmməd Bağırovun sözlərinə görə, obyektlərə girib baxıblar, sonra da əllərinə keçəni götürüb aradan çıxıblar. Əldə etdiklərini isə dəyər-dəyməzə satıblar.

Oğurluqlar zamanı onlar İltifat Ağababayevin taksi kimi idarə etdiyi avtomobilindən istifadə ediblər.

Faktlarla bağlı cinayət işi açılıb, saxlanılan şəxslərin ətrafında istintaq əməliyyat tədbirləri davam etdirilir.


Müəllif:

Oxşar xəbərlər