21 May 2020 09:56
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinin əməkdaşları tərəfindən Maştağa qəsəbəsində yaşayan Məşədi Bağırovun həyətində aqrotexniki üsulla yetişdirilmiş 43 ədəd 670 qram çətənə kolu aşkar edilib.

Bundan başqa Səbail rayon Polis İdarəsinin narkotiklə mübarizə bölməsinin əməkdaşları tərəfindən Abşeron rayon sakini Şahin Əliquliyev həbs edilib. Ondan 0,120 qram heroin aşkar edilərək götürülüb.

Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində külli miqdarda narkotik vasitə satmaqda şübhəli bilinən Rahib Cəbiyev həbs edilib.

Daha bir əməliyyat Qaradağ rayounda keçirilib.

Qaradağ rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində külli miqdarda narkotik satmaqda təqsirli bilinən Çingiz Ağayev, Rövşən Əhmədov, İsmayıl Yusifov, Röyal Əhmədov həbs ediliblər.


Müəllif: Hacı Zeynalov