3 Oktyabr 2014 01:03
803

Bakıda 20 yaşlı qız itkin düşüb.

Sabunçu Rayonu Polis İdarəsinin 15-ci polis bölməsindən ANS TV-yə verilən məlumata görə, 20 yaşlı Baxışova Gülanə Rizvan qızı 29 avqust 2014-cü il tarixdə yaşadığı Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Qarabağ düşərgəsindəki mənzillərindən çıxıb və bir daha geri qayıtmayıb.

Odur ki, 20 yaşlı Baxışova Gülanə Rizvan qızını itkin düşən gündən sonra görənlərdən və ya onun haqqında hər hansısa, bir məlumatı olanlardan bu barədə (012) 550-26-03 şəhər nömrəsinə zəng etməklə xəbər vermələri xahiş olunur.

Siz məlumatlarınızı ANS TV-nin “qaynar xətt”i olan 050-203-02-02 mobil nömrəsinə zəng etməklə də çatdıra bilərsiniz.


Müəllif: