Şəmkir rayonunda qətl hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Şəmkir rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Rəşid İmanov ov tüfəngindən açılan atəş nəticəsində öldürülüb. Keçirilən əməliyyat tədbirləri nəticəsində Rəşid İmanovu qeyri-rəsmi nikahda yaşadığı həyat yoldaşı Gülmira Abdullayevanın qardaşı Mirəzim Allahverənov tərəfindən törədilməsi müəyyən edilib. Cinayəti törədən şəxs respublikanı tərk edib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov