Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, əməliyyatı Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları keçirib.
Zabrat qəsəbəsi ərazisindəki Zabrat dəmir yolu stansiyasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Kərimullayev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 470 qram marixuana aşkar edilərək götürülüb.