25 May 2020 14:25
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhəri ərazisində baş vermiş yol-nəqliyyat hadisəsinə görə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, mayın 24-də saat 13 radələrində Mingəçevir şəhərinin Şəfa bağlar sahəsi ərazisində Ağdam rayon sakini Z.Xudiyeva ərinə məxsus “Opel” markalı avtomobili idarə edərkən şəhər sakinləri olan 13 nəfəri (onlardan 9-u azyaşlı olub) vurub və nəticədə onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Onlara ilkin tibbi yardım göstərildikdən sonra 10 nəfəri evə buraxılıb, 3 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı Mingəçevir ŞPŞ-də Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər