Bakının Xətai rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Xətai rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Nobel prospektində qeydə alınıb. Bakı şəhər sakini Anar Həsənovun idarə etdiyi “Honda” markalı avtomobillə yolu keçmək istəyən 1984-cü il təvəllüdlü Ağasif İsmayılov və 1991-ci il təvəllüdlü Təhminə Mustafayevanı vurub.
Təhminə Mustafayeva hadisə yerində ölüb. Ağasif İsmayılov ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov