3 Oktyabr 2014 12:25
587

Bakının Binəqədi rayonunda oğurluq hadisəsi törədən şəxs baş verib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Binəqədi rayon Polis İdarəsi və 5-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Zaqatala rayon sakini Əfqan Cunayev saxlanılıb. Onun bir neçə qadına hücum çəkərək qarət etməsi müəyyən edilib.

O, sentyabrın 22-də S.S.Axundov küçəsində Nərmin Məlikməmmədovanı itələyib yıxaraq, qulağından 1 çüt sırğasını, 2 ədəd mobil telefonunu, əl çantasından 15 manat və bankomat kartını götürüb.

Bundan başqa Əfqan Cunayev sentyabrın 29-da 7-ci mikrorayonda Mirvari Hüseynovanı da yerə yıxaraq döyüb. Ondan qızıl və gümüş üzüklərini, 1 cüt qızıl sırğasını və mobil telefonunu götürərək qaçıb.

Saxlanılan Əfqan Cunayevin başqa cinayətlər də törətdiyi istisna edilmir.

Hacı Zeynalov


Müəllif: