Bakıda qohumuna təcavüz etməkdə təqsirli bilinən Nəsimi Ağahəsənovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Rasim Sadıxovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası iyunun 5-nə təyin olunub.
İttihama görə, hadisə paytaxtın Xətai rayonunda baş verib.
Rayon ərazisində Bakı şəhər sakini Nəsimi Ağahəsənov orta yaşlı qadına təcavüz edib. Qadın Nəsimi Ağahəsənovun barəsində hüquq-mühafizə orqanlarına şikayət edib.
Nəsimi Ağahəsənov həbs edilib.
Zərərçəkmişin Nəsimi Ağahəsənovla qohumluq əlaqəsi olduğu bildirilir.
İstintaq orqanı tərəfindən Nəsimi Ağahəsənovun barəsində Cinayət Məcəlləsinin 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddəsi ilə ittiham elan edilib.