Gəncə şəhərində azyaşlıya qarşı əxlaqsızlıq edilib.
Teleqraf.com xəbər verir ki, şəhərin Kəpəz rayonunda Mehman Əkbərov azyaşlı qıza qarşı əxlaqsızlıq edib.
Azyaşlının ailə üzvləri baş verən olayla bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər. Polisin keçirdiyi əməliyyat nəticəsində Mehman Əkbərov həbs edilib.
İstintaq orqanı tərəfindən Mehman Əkbərovun barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsızlıq hərəkətləri etmək) maddəsi ilə ittiham elan olunub.
Mehman Əkbərovun barəsində həbs qətimkan tədbiri seçilib.