30 May 09:55
913

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Xətai rayon Polis İdarəsinin Post-Patrul Xidməti və 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 128-ci maddəsilə məhkum olunmuş, 1985-ci il təvəllüdlü Azər Məmmədov saxlanılıb.

Onun üzərinə baxış keçirilərkən 0,472 qram heroin aşkar edilərək götürülüb.

Bundan başqa, daxil olan əməliyyat məlumatı əsasında Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları da rayon ərazisində keçirdikləri əməliyyat əsasında Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsilə məhkum olunmuş 1980-ci il təvəllüdlü Əfqan Ağayevi və 1985-ci il təvəllüdlü Həmid Meybullayevi saxlayıb.

Üzərlərinə baxış keçirilərkən Ə.Ağayevdən 15, 530 qram, H.Meybullayevdən isə 0,168 qram heroin aşkar edilərək götürülüb.


Müəllif: Hacı Zeynalov