30 May 2020 13:09
1 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsi 14-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Maştağa qəsəbəsi sakini Əliheydər Cavadov saxlanılıb.

Ona məxsus bağ evinin həyətindəki istixanaya baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən yaş halda çəkisi 11 kiloqram 415 qram olan 25 ədəd çətənə kolu və 495 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Ə.Cavadov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.

Faktla bağlı 14-cü polis bölməsində toplanan materiallar Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

İstintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov