30 May 2020 15:23
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 600 manat dəyərində əzaq məhsulları və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Z.Atapur saxlanılıb.

Bundan başqa, Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini V.Aslanovun “Audi” markalı avtomobilindən noutbuk oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini C.Həmidov və paytaxt sakinləri, əvvəllər məhkum olmuşlar S.Bayramov və A.Zamanov saxlanılıblar.

Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini S.Novruzovun “Toyota” markalı avtomobilindən 100 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini S.Gözəlov tutulub.


Müəllif: Hacı Zeynalov