3 Oktyabr 2014 15:11
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda oğurluq hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Sabirabad rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, rayon sakini Rayıl Fərzəliyevin evindən 890 manat, qızıl və məişət əşyaları oğurlanıb.

Ev sahibi oğurluq hadisəsi ilə bağlı rayon Polis Şöbəsinə şikayət edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini Mirkamal Səmidov tutulub.


Hacı Zeynalov


Müəllif: