Bakının Binəqədi rayonunda əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş R.Bikkulov həbas edilib.
Onun evinin zirzəmisindən 10 qramdan artıq çətənə toxumu, 250 qram qurudulmuş çətənə və kultivasiya yolu ilə yetişdirdiyi 27 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.