3 Oktyabr 2014 16:37
1 166
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Nərimanov Rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin barəsində başlanmış cinayət işi üzrə məhkəmənin iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin ifadəsi dinlənilib. Həmçinin prosesdə şahid qismində polis əməkdaşı ifadə verib.

Proses oktyabrın 9-da davam edəcək.

İlham Mirzəyev bu ilin aprelin 11-də saxlanılıb. Onun əməlləri ilə əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər