4 İyun 2020 13:40
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Xəzər rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Türkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş İ.Əliyev həbs edilib.

Onun yardımçı təsərrüfatında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş 100 ədəd çətənə kolu və 5 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.


Müəllif: Hacı Zeynalov