4 İyun 20:52
1 630

Ukraynada 45 yaşlı qadın birgə əyləndiyi qonşusunu amansızcasına qətlə yetirib.

Teleqraf.com xəbər verir ki, Nataliya adlı qadın 65 yaşlı Vasili ilə yeyib-içdikdən sonra bıçağa əl atıb.

O, qonşusunu əvvəlcə bıçaqlayıb, sonra bədənini balta ilə hissələrə ayırıb.

Nataliya cinayəti 19 yaşlı qızının gözləri qarşısında törədib.

O, özü törətdiyi cinayət barədə polisə məlumat verib. Polis hadisə yerinə gələndə Nataliyanı siqaret çəkib, kofe içərkən görüb.

İlkin dindirmə zamanı içkili qadının əməllərindən xəbərsiz olduğu üzə çıxıb.


Müəllif: Teleqraf.com