5 İyun 2020 14:33
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 3 evin həyətindən ev quşu, su nasosu, məişət əşyaları və inşaat materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Xəlilov saxlanılıb.

Bundan başqa, Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.X.Xoyski küçəsində yerləşən mağazada Bakı şəhər sakini Z.Qasımovun pulqabısından 800 manat oğurlamaqda şübhəli bilinən Zəngilan rayon sakini Ş.İsmayılov saxlanılıb.

Oğurluq etdiyinə görə tutulmuş T.Ələkbərovun ətrafında Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsində araşdırma aparılıb.

Polis əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun daha 5 evdən tikinti alətləri, elektrik naqili, dəmir barmaqlıq və məişət əşyaları oğurlaması müəyyən edilib.


Müəllif: Hacı Zeynalov