Balakən rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Kortala kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, ümumi çəkisi 1 ton 200 kiloqram yabanı halda bitən çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Faktla bağlı araşdırma aparılır.