6 İyun 2020 14:55
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yardımlı və Bərdə rayonlarında yabanı halda bitmiş çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Yardımlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən Arvana kəndi ərazisində 728 hektar sahədən yabanı halda bitmiş, çəkisi 5,3 ton olan 13700 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Bundan başqa, Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən isə Lənbəran kəndi ərazisində 1,5 hektar sahədən yabanı halda bitmiş, çəkisi 2 ton olan 4815 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.


Müəllif: Hacı Zeynalov