Bakıda keçmiş məhkumlardan ibarət quldur dəstəsinin üzvləri tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Salman Zeynalov, Mircavid Mirbağırov, Yaşar Yusifov, Şamil Quliyev və Cəlilabad rayon sakini Mais Abıyev tutulmuşlar.
Onlar sentyabrın 30-da Rəşad Quliyevin evindən quldurluq yolu ilə 1200 manat və 200 ABŞ dolları, qızıl əşyalar və ov tüfəngi aparıblar.
Qeyd edək ki, həbs edilənlərin hamısı əvvəllər məhkumluq həyatı yaşayıblar.