4 Oktyabr 2014 16:37
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunun Şirvanlı kəndi ərazisində baş verən qəza zamanı 4 nəfər yaralanıb.

Trend xəbər verir ki, Şamil Məmmədlinin idarə etdiyi “VAZ 2107” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində sürücü və sərnişinlər - Nigar Məmmədli, 4 yaşlı Şəhriyar və 2 yaşlı Asiman xəsarət alıb.

Yaralılar kənd sakinlərinin köməyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətlərinin ağır olduğu bildirilir.

Rayon Polis Şöbəsinin əməkdaşları hadisə ilə bağlı araşdırma aparırlar. İlkin ehtimala görə, qəzaya yağışlı hava şəraitində avtomobilin yüksək sürətlə idarə edilməsi səbəb olub.


Müəllif: