10 İyun 2020 10:44
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qardaşını qətlə yetirməkdə ittiham olunan Araz Ramazanovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Zeynal Ağayevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Qeyd edək ki, hadisə bu ilin fevralın 24-də Nərimanov rayonu, M.Nağıyev küçəsi 3, mənzil 1-də qeydə alınıb.

Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Araz Ramazanov mübahisə zəminində qardaşı Anar Ramazanovu bıçaqla qətlə yetirib.

Qeyd edək ki, Anar Ramazanov Nəsimi rayon Pollsi İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşı olub.

Polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törədən Araz Ramazaonov saxlanılıb.

Hadisə şəxsi münasibətlər zəminində yaranan mübahisə zəminində baş verdiyi bildirilir.

İstintaq orqanı tərəfindən Araz Ramazanovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adanm öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər