Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Sabunçu rayon 13-cü polis bölməsinin polis kapitanı Əşrəf Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Nərimanov rayon Məhkəməsində Əşrəf Əlizadənin barəsində bəraət hökmü çıxarılıb.
Qeyd edək ki, Əşrəf Əlizadənin hüquqlarını vəkil Əli Hüseynov müdafiə edib.
Qeyd edək ki, hadisə ötən ilin aprelində axşam saatlarında Nərimanov rayonu, Ziya Bünyadov prospektində, Olimpiya stadionu yaxınlığında qeydə alınıb.
Məlumata görə, yolu piyadalar üçün qadağan olunmuş yerdən keçmək istəyən 1970-ci il təvəllüdlü İbrahimov Vüqar Sabir oğlunu sürücü Əlizadə Əşrəf İbrahim oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil vurub.
Nəticədə piyada hadisə yerdində dünyasını dəyişib.