5 Oktyabr 2014 12:49
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırdalanda mənzildə vətəndaş köməksiz vəziyyətdə tapılıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Abşeron rayonu, Xırdalan şəhərində mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq içəri daxil olublar.

Mənzildə köməksiz vəziyyətdə qalmış vətəndaş aidiyyəti üzrə təhvil verilib.


Müəllif: