Bakının Xəzər rayonunda narkotiklə tutulan şəxsin başqa cinayətlərinin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, narkotik vasitə ilə tutulmuş E.Allahverdiyevin ətrafında Xəzər rayon Polis İdarəsinin 2-ci polis şöbəsində araşdırma aparılıb.
Onun rayon ərazisində bir evdən kombi aparatı, 1 avtomobildən maqnitofon, S.Kərimovun velosipedini və Ə.Kazımovun mobil telefonunu oğurlaması müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.